Bakı. 4 mart. REPORT.AZ/ Rusiyada heroin satmaqla məşğul olan Azərbaycan vətəndaşına cəzasını ciddi rejimli müəssisədə çəkmək şərti ilə bir il yarım müddətinə məhkum edilib.
"Report" xəbər verir ki, bu barədə, Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin Orlovski vilayəti üzrə İdarəsinin məlumatında bildirilir.
İdarə tərəfindən qaldırılan cinayət işinə məhkəmə son qoyub.
Həmyerlimiz 2014-cü ildə heroin qaçaqmalçılığı və onu satmağa cəhddə ittiham olunaraq saxlanılıb. O, Rusiyaya tək gedib və müvəqqəti olaraq Qlazunovsi rayonunda qeydiyyata düşüb. Kuryer Orlovşinaya 4 qram heroin aparıb. O, Orlovskidə, həmişə narkotik satdığı Moskva şossesi, ev 113 ünvanında saxlanılıb.
Məhkəmə ittiham qərarı ilə razılaşıb və müttəhimi cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə 13,5 il müddətinə azadlıqdan məhrum edib.