Rusiya məhkəməsi həbs cəzasına məhkum olunmuş azərbaycanlının şikayətini təmin etməyib

Rusiya məhkəməsi həbs cəzasına məhkum olunmuş azərbaycanlının şikayətini təmin etməyib Bakı. 23 fevral. REPORT.AZ/ Rusiyada Novosibirsk vilayət məhkəməsi sabiq işəgötürənini qaçırdığına görə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssində çəkməklə 5,5 il müddətinə azadlıqdan məhrum olunan azərbaycanlının vəkilinin şikayətini təmin etməyib.
Hadisə
23 Fevral , 2018 11:24
Rusiya məhkəməsi həbs cəzasına məhkum olunmuş azərbaycanlının şikayətini təmin etməyib

Bakı. 23 fevral. REPORT.AZ/ Rusiyada Novosibirsk vilayət məhkəməsi sabiq işəgötürənini qaçırdığına görə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssində çəkməklə 5,5 il müddətinə azadlıqdan məhrum olunan azərbaycanlının vəkilinin şikayətini təmin etməyib.

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, vilayət məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası hökmü qüvvədə saxlayıb. Hökm artıq qüvvəyə minmiş sayılır.

Qeyd edək ki, azərbaycanlı Şakir Əliyev 2016-cı ilin dekabr ayında biznemenin qaçırılması üçün tanışı ilə əlaqə saxlayıb, ondan icraçı tapmağa yardım istəyib, sadəcə, sonuncu polisə müraciət edib və əməliyyatçılar işəgötürənin qaçırılması səhnəsini "oynayıblar".

Nəticədə 51 yaşlı azərbaycanlı sifarişinin icra olunduğuna əmin olmaq üçün kirayəyə götürülmüş mənzilə gələrkən saxlanılıb.

Ona qarşı adam oğurluğu və qəsb üzrə cinayət işi açılıb. Lenin rayon məhkəməsi 2017-ci ilin noyabr ayında təqsirləndiriciyə hökm çıxarıb.

Son xəbərlər

Orphus sistemi