Rusiya məhkəməsi Azərbaycan vətəndaşını 8 il müddətinə azadlıqdan məhrum edib

Rusiya məhkəməsi Azərbaycan vətəndaşını 8 il müddətinə azadlıqdan məhrum edib O, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək
Hadisə
17 İyul , 2017 10:48
Rusiya məhkəməsi Azərbaycan vətəndaşını 8 il müddətinə azadlıqdan məhrum edib

Bakı. 17 iyul. REPORT.AZ/ Arxangelsk şəhərinin Lomonosov rayon Məhkəməsi Azərbaycan vətəndaşı olan 33 yaşlı Əkbər A-nı dövlət sərhədini qanunsuz keçməkdə və sui-qəsd cəhdində təqsirli bilib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, təqsirləndirilən şəxs 2013-ci ildə miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar Rusiyadan çıxarılıb və 2018-ci ilin dekabr ayına qədər Rusiya ərazisinə girişinin qadağan olunması barədə məlumatlandırılıb. 

Lakin o, Azərbaycanda olarkən soyadı və atasının adını dəyişərək yeni milli pasport alıb. Bundan sonra 2016-ci ilin iyununda Moskva vilayətindəki "Şeremetyevo" hava limanı vasitəsilə Rusiya ərazisinə qanunsuz daxil olub.

Bundan əlavə, 2016-cu ilin dekabrında Arxangelskdə mübahisə zamanı təqsirləndirilən şəxs qətl məqsədilə tanışının qarın nahiyəsinə bıçaq zərbələri endirib, nəticədə həmin şəxsin sağlamlığına ağır zərər yetirib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Son xəbərlər

Orphus sistemi