Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiya Federasiyası Ceyhun Nəbiyev adlı şəxsi “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.
“Report”un xəbərinə görə, C.Nəbiyev qəsdən sağlamlığa ağır zərər vurma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddələri ilə ittiham edilir.
1976-ci il təvəllüdlü C.Nəbiyev Ucar rayonun Alpı kəndində anadan olub. O, Rusiya Federasiyası və Azərbaycan Respublikasının vətəndaşıdır.