Rusiya Azərbaycan vətəndaşını ekstradisiya edəcək

Rusiya Azərbaycan vətəndaşını ekstradisiya edəcək O, həmyerlisinin 50 min ABŞ dollarını oğurlayıb
Hadisə
20 Sentyabr , 2017 12:23
Rusiya Azərbaycan vətəndaşını ekstradisiya edəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Çelyabinskdə üç il əvvəl həmyerlisindən 50 min dollar oğurlayan Azərbaycan vətəndaşı tutulub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, cəzasını çəkmək üçün vətəninə ekstradisiya olunacaq.

"Müəyyən edilib ki, həmin şəxs 2014-ci ilin mayında Bakıda səfərdə olan zərərçəkmişin etibarından sui-istifadə edərək aldatma yolu ilə ondan 50 min ABŞ dolları oğurlayıb, bununla da külli miqdarda maddi ziyan vurub", - Rusiyanın Çelyabinsk Vilayətinin Prokurorluğunun məlumatında deyilir.

O, 2017-ci ilin martında saxlanılıb və yaxın vaxtlarda Azərbaycanın səlahiyyətli orqanlarına təhvil veriləcək. Həmin şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi