Ruhi Əsəb Dispanserində ölüm hadisəsi baş verib

Ruhi Əsəb Dispanserində ölüm hadisəsi baş verib Tibb müəssisəsində 12 il müalicə alan xəstə dünyasını dəyişib
Hadisə
28 Fevral , 2018 07:11
Ruhi Əsəb Dispanserində ölüm hadisəsi baş verib

Bakı. 28 fevral. REPORT.AZ/ Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində ölüm hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2006-ci ildən burada ruhi əsəb xəstəliyindən müalicə olunan 1961-ci il təvəllüdlü Ağayev Rauf dünyasını dəyişib.

R.Ağayevin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi