Rayonlara gediş-gəliş bərpa olundu

Rayonlara gediş-gəliş bərpa olundu Ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalma
Hadisə
8 Sentyabr , 2020 10:32
Rayonlara gediş-gəliş bərpa olundu

Ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.  

“Report”un xəbərinə görə, bu gündən ölkə ərazisində növbəti yumşalma tədbirlərinin tətbiqinə başlanılıb.

Sentyabrın 7-dən 8-nə keçən gecədən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb, şəhərlərarası və rayonlararası sərnişindaşıma hələ ki, fərdi avtomobillərlə, taksilərlə həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən "Report"a verilən məlumata görə, inzibati ərazi sərhədlərində yerləşən xüsusi karantin postlarında əvvəlki kimi xidmət olmayacaq.

Postlarda bütün nəqliyyat vasitələrinin saxlanılması, piyada gedən insanların yoxlanılması həyata keçirilməyəcək. Xüsusi karantin postları stasionar postlar olmasalar da, orada olan müəyyən avadanlıqlar yerində qalacaq.

Qeyd edək ki, avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.

Son xəbərlər

Orphus sistemi