Yuxarı

Vilayət Eyvazov şöbəyə idarə səlahiyyəti verib, Ramil Usubovun oğlunu rəis təyin edib

Ramil Usubovun oğlu rəis təyin edilib

520

Vilayət Eyvazov

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Report"un xəbərinə görə, nazir Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Mühafizə Şöbəsinə idarə səlahiyyəti verilib.

Nazirin digər əmri ilə həmin idarənin rəisi vəzifəsinə polis polkovniki Raul Usubov təyin edilib.

Sabiq Daxili işlər naziri Ramil Usubovun oğlu Raul Usubov bu təyinata qədər DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi