Qusarda yol qəzasında 5 nəfər xəsarət alıb 

Qusarda yol qəzasında 5 nəfər xəsarət alıb  Qusar rayonunda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb.
Hadisə
23 Sentyabr , 2022 13:31
Qusarda yol qəzasında 5 nəfər xəsarət alıb 

Qusar rayonunda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qusar-Xudat avtomobil yolunun Balaqusar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, şahidlərin sözlərinə görə "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olarkən "Kamaz" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Qusar rayon sakinləri, 1976-cı il təvəllüdlü Faizat Abduləziz qızı Vahabova, 1984-cü il təvəllüdlü Aynurə Mirəli qızı Kərimova, 1988-ci il təvəllüdlü Radmila Əliaga qızı Məmmədova, 1978-ci il təvəllüdlü Ulduz Gəncəli qızı Ağayeva və 1991-ci il təvəllüdlü Nadir Nasim oğlu Məhsimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi