Qusarda torpaq sahəsindən 5 ton kartof oğurlanıb

Hadisə
  • 09 oktyabr, 2019
  • 08:43
Qusarda torpaq sahəsindən 5 ton kartof oğurlanıb

Qusarda torpaq sahəsindən 5 ton kartof oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıb.

44 - Tezliklə