Qusarda polis əməkdaşı bıçaqlanıb

Qusarda polis əməkdaşı bıçaqlanıb Hadisəni onun həmkəndlisi törədib
Hadisə
15 İyun , 2017 01:32
Qusarda polis əməkdaşı bıçaqlanıb

Qusar. 15 iyun. REPORT.AZ/ Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, rayon Polis şöbəsinin Həzrə bölməsinin əməkdaşı, 36 yaşlı Həmidulla Müzafəddin oğlu Qayıtmazov öz həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı saat 23:30 radələrində qarın boşluğunda xəsarətlə xəstəxanaya aparılaraq əməliyyat olunub.

Qusar Rayon Prokurorluğunda faktın araşdırılmasına başlanıb.

Son xəbərlər

Orphus sistemi