Qusarda 20 yaşlı gənc süni göldə batıb

Qusarda 20 yaşlı gənc süni göldə batıb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 1999-cu il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub.
Hadisə
24 İyul , 2020 18:02
Qusarda 20 yaşlı gənc süni göldə batıb

Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

17:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər

Orphus sistemi