Qusar sakini ov tüfəngi ilə özünü öldürüb
Hadisə
- 05 dekabr, 2016
- 08:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Qusar rayonun sakini özünə ov tüfəngindən atəş açaraq intihar edib.
"Report"un şimal bürosunun verdiyi məlumata görə, rayonun Samur qəsəbə sakini, 40 yaşlı Mursüd Nizaməddin oğlu Mədrəliyev bu gün səhər saatlarında yaşadığı evdə özünü ov tüfəngi ilə öldürüb.
Məlumata görə, ov tüfəngi mərhumun özünə məxsus olub.
M.Mədrəliyevin ailə üzvləri hadisə ilə bağlı dərhal polisə məlumat veriblər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. M.Mədrəliyevin intihar etməsinin səbəblərı hələ bəlli deyil.
Faktla bağlı Qusar rayon Hüquq Mühafizə Orqanlarında araşdırma aparılır.
Son xəbərlər
07:12
Rusiyada zərərlə işləyən biznes sahələrinin sayı kəskin artıb
Region06:33
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
Energetika06:03
Messi Argentina millisində vida matçını keçirib
Futbol05:24
Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb
Xarici siyasət05:14
ABŞ-nin İrana qarşı döyüşlərində 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb
Digər ölkələr04:43
Britaniya Suriyanın sabiq iqtisadiyyat nazirinə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr04:18
Vens: İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır
Digər ölkələr03:45
ISIS: Peyk görüntüləri İrandakı "nüvə obyektində" yeni aktivlikdən xəbər verir
Region03:13