Qusar-Şahdağ yolunda "Niva" dərəyə aşıb, 3 nəfər yaralanıb
Hadisə
- 30 oktyabr, 2016
- 17:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qusar. 30 oktyabr. REPORT.AZ/ Qusar Şahdağ Qış Yay Turizm Mərkəzinə gedən yolda qəza baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Qusar sakininə məxsus "Niva" markalı avtomobil Qusar-Şahdağ yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb.
"Niva" yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Qusar xəstəxanasına aparılan yaralılar, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə yerinə Qusar rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın yolun dumanlı və sərt enişli olması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Qusar polisində araşdırma aparılır.
Son xəbərlər
20:46
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
20:44
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Xarici siyasət
20:40
Qazaxdakı yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb - Yenilənib
Hadisə
20:09
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 2 komandirinin öldürüldüyünü bildirib
Digər ölkələr
19:59
Foto
Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
19:52
Foto
Şuşada konsert proqramı təşkil edilib
Mədəniyyət siyasəti
19:50
"Tasnim": Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur
Region
19:49
"Mançester Yunayted" FIFA-ya şikayət etməyi planlaşdırır
Futbol
19:36
Foto
"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi keçirilib - Yenilənib
Turizm