Qurban Yetirmişli tikinti şirkətlərindən şikayətləndi: "Başa sala bilmirəm"

Qurban Yetirmişli tikinti şirkətlərindən şikayətləndi: "Başa sala bilmirəm" Bəzən eyni ərazidə binalar eyni layihə ilə tikilsə də, zəlzələ zamanı onlar müxtəlif dərəcəli dağıntılara məruz qalır.
Hadisə
4 Fevral , 2020 12:46
Qurban Yetirmişli tikinti şirkətlərindən şikayətləndi: Başa sala bilmirəm

"Bəzən eyni ərazidə binalar eyni layihə ilə tikilsə də, zəlzələ zamanı onlar müxtəlif dərəcəli dağıntılara məruz qalır".

"Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, indiyədək tikinti şirkətlərinə, məsul şəxslərə Abşeron yarımadasında, Bakı şəhərində vəziyyətin necə olmasını başa sala bilmir: "Ərazilərdə mühəndis-kommunikasiya işləri aparılarkən 10-15 metr məsafə arası ilə qazılan quyularda göstəricilər - layların qatma bucaqları, qrunt sularının səviyyəsi, məsamələr fərqli olur. Təcrübə onu göstərir ki, bu cür mürəkkəb geoloji quruluşu olan ərazilərdə hər bir bina üçün tikinti işlərindən əvvəl hər bir binaaltı ərazinin seysmik ballıq qiyməti dəqiqləşdirilməlidir. Standart qiymət tətbiq edilməməlidir”.

Q.Yetirmişli bildirib ki, standart qiymətlər tətbiq edildikdə zəlzələ zamanı hansısa bina dağılır: "Türkiyədə sonuncu zəlzələ zamanı da belə hal baş verdi. Ərazidə eyni layihə əsasında tikilən bir neçə bina olsa da, onlardan yalnız biri tamamilə dağılıb. Bakıda da elə bina var ki, onun iki qanadı 8, 1 qanadı 9 ballıq ərazidədir. Belə güclü zəlzələ olarsa, 9 ballıq zəlzələ olan ərazidə tikilən bina tam dağılacaq. Məlumdur ki, zəlzələ heç zaman sakit dayanmır, illər, əsrlər keçsə də, özünü göstərməlidir. 1902-ci ildə Şamaxıda güclü zəlzələ baş verib. Bu hadisənin üstündən 120 il keçir. Bu, təkrarlanmalıdır da. Bakıda da 2000-ci ildə güclü zəlzələ baş verib. Yəni zəlzələ təhlükəsi həmişə ola bilər. Buna görə də binalar zəlzələyə davamlı tikilməlidir ki, risk, dağıntılar, tələfat minimuma ensin”.  

Son xəbərlər

Orphus sistemi