Qubada zəncirvari qəza olub, dörd avtomobil toqquşub

Qubada zəncirvari qəza olub, dörd avtomobil toqquşub Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Mart , 2021 16:50
Qubada zəncirvari qəza olub, dörd avtomobil toqquşub

Quba rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən poçt məntəqəsinin qarşısında üç "Mercedes", bir Hyundai" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi