Qubada yol qəzasında xəsarət alan qadın ölüb - YENİLƏNİB
- 13 dekabr, 2018
- 15:41
Quba. 13 dekabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın xəstəxanada ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, 1960-cı il təvəllüdlü Səhər Hacıyevanın müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində MAN markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik maşınının üstünə çıxıb.
Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinə tibbib yardım göstərilərək ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
***9:21
Quba. 12 dekabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində baş verib.
Belə ki, MAN markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik maşınının üstünə çıxıb. Nəticədə "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.