Qubada yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə
  • 06 noyabr, 2018
  • 16:57
Qubada yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 19:19

Quba. 6 noyabr. REPORT.AZ/ Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun rayonun Qam-qam kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Mətləb Əzizağa oğlu Hidayətovun idarə etdiyi "VAZ-2107" markalı, 38 BC 973 dövlət qeydiyyatı nişanlı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurmaqdan yayınmaq üçün yolun qarşı tərəfinə keçib və Nizami Söhbət oğlu Həzrətovun idarə etdiyi "VAZ-21015" markalı, 40 BK 850 dövlət qeydiyyatı nişanlı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan, Quba rayon Təngəaltı kənd sakini, 1983-cü il təvəllüdlü Güllər Ziyafəddin qızı Həzrətova ağır bədən xəsarətləri alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona xəstəxanada qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qubada yol qəzası baş verib, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB