Qubada yol qəzası baş verib, 4 nəfər yaralanıb - YENİLƏNİB

Qubada yol qəzası baş verib, 4 nəfər yaralanıb - YENİLƏNİB Quba. 13 fevral. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
13 Fevral , 2019 14:29
Qubada yol qəzası baş verib, 4 nəfər yaralanıb - YENİLƏNİB

Quba. 13 fevral. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, Quba rayon sakini, İsrail Nadirovun idarə etdiyi "Mercedes" markalı avtomobil Samir Bayramovun idarə etdiyi "VAZ-21010" markalı avtomobillə toqquşub. Nəticədə sərnişinlərdən Quba rayonunun Birinci Nügədi kəndi, 5-ci məhəllə sakinləri, 1984-cü il təvəllüdlü Vüqar Nadirov, 1991-ci il təvəllüdlü Dəyanət Ağayev, Elmar Muradov və sürücü S.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 12:59

Quba. 13 fevral. REPORT.AZ/ Quba rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun Birinci Nügədi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq "VAZ-21010" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.


Son xəbərlər

Orphus sistemi