Qubada yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alanlar var

Qubada yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alanlar var Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
23 Aprel , 2017 20:46
Qubada yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alanlar var
Courtesy İmage

Quba. 23 aprel. REPORT.AZ/ Quba rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un şimal bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, VAZ-2107 markalı, 40-BN-590 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü, Quba rayon sakini Quliyev Ceyhun Vələmməd oğlu, habelə sərnişinlər -Xaçmaz rayonunun Bayoba kənd sakinləri - Paşayev Əmirbaba Nazim oğlu və Paşayev Ədalət Nazim oğlu xəsarət alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisəyə səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi