Qubada toy karvanında qəza olub, xəsarət alan var

Qubada toy karvanında qəza olub, xəsarət alan var Quba rayonunda toy karvanında qəza baş verib.
Hadisə
17 Avqust , 2019 12:52
Qubada toy karvanında qəza olub, xəsarət alan var

Quba rayonunda toy karvanında qəza baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. 

Belə ki, rayon sakinləri Bəhruz Süleymanov və Rasim Aydəmirovun idarə etdikləri “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəzada B.Süleymanovun avtomobilində olan həyat yoldaşı yüngül xəsarətlər alıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi