Qubada sərxoş kişi intihara cəhd edib

Hadisə
  • 27 iyul, 2018
  • 14:56
Qubada sərxoş kişi intihara cəhd edib

Quba. 27 iyul. REPORT.AZ/ Qubada sərxoş kişi damarını kəsərək intihara cəhd göstərib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba rayon Növdün kənd sakini, 1974-cü il təvəllüdlü Ağakişiyev Şöhrət Müzafəddin oğlu Quba bazarında damarını kəsib.

Xəstəxanaya yerləşdirilən şəxsin sərxoş olduğu bildirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.