Qubada qanunsuz ov edən şəxs saxlanılıb

Hadisə
  • 01 fevral, 2019
  • 12:55
Qubada qanunsuz ov edən şəxs saxlanılıb

Quba. 1 fevral REPORT.AZ/ Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, yanvarın 31-də qanunsuz ov etdiyinə görə Quba rayonu, 2-ci Nügədi kənd sakini Firudin Həbibov rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman həmin şəxsdən 1 ədəd “Tula” markalı ov tüfəngi və 5 ədəd patron, habelə ovladığı 2 ədəd çöl göyərçini götürülüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi