Qubada qanunsuz ağac kəsənlər saxlanılıblar

Qubada qanunsuz ağac kəsənlər saxlanılıblar Quba. 16 yanvar. REPORT.AZ/ Qubada meşədə ağac kəsənlər saxlanılıblar.
Hadisə
16 Yanvar , 2019 11:36
Qubada qanunsuz ağac kəsənlər saxlanılıblar
0 : 00
0 : 00

Quba. 16 yanvar. REPORT.AZ/ Qubada meşədə ağac kəsənlər saxlanılıblar.

DİN mətbuat xidmətinin Quba regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi ƏlirzayevƏkbər Kərimov saxlanılıblar.

Aparılan tədbirlərlə məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi olan Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, R.Əlirzayevə məxsuz “Qaz 66” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi