Qubada ölümlə nəticələnən qəza törədən "KamAZ” sürücüsünə hökm oxunub

Qubada ölümlə nəticələnən qəza törədən "KamAZ” sürücüsünə hökm oxunub Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rahib Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
23 Yanvar , 2018 10:59
Qubada ölümlə nəticələnən qəza törədən KamAZ” sürücüsünə hökm oxunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rahib Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında R.Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və sürücünün məhkəmə zalında həbs olunmasını istəyib.

Son sözlə çıxış edən R.Vəliyev məhkəmədən onun bağışlanmasını xahiş edib.

Hakim bildirib ki, təqsirləndirilən şəxs zərərçəkmişin yaxınları ilə barışıb, dəymiş zərəri ödəyib. 

O, məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Vəliyev cəzasını məntəqə tibli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il iyulun 28-də saat 20:00 radələrində Quba rayonunun Digah kəndi ərazisində baş verib. Kənd sakini R.Vəliyev idarə etdiyi "KAMAZ” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib. Bu zaman "KAMAZ" həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub.

Qəza zamanı B.Atluxanova hadisə yerində ölüb, S.Tahirova isə xəstəxanaya yerləşdirilib. S.Tahirovanın həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi