Qubada narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib
Hadisə
- 19 fevral, 2022
- 16:20
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Orxan Ərəbov və Mirmehdi Misirxanov saxlanılıb.
Həmin şəxslərin üzərlərinə, eləcə də yaşadıqları evlərə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
11:06
Yaponiyanın baş məşqçisi Tunislə matçı dəyərləndirib: Aqressiv oynadıq
Futbol11:03
Rusiya ordusu Poltavanı bombalayıb, ölənlər və yaralılar var
Digər ölkələr10:51
Tunis - Yaponiya oyununun ən yaxşısı Ayase Ueda seçilib
Futbol10:41
Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Ekologiya10:35
Konqoda Ebola virusuna yoluxanların sayı 950-ni keçib
Digər ölkələr10:03
Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
Energetika09:56
Foto
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
Futbol09:38
Cey Di Vensin İsveçrəyə səfəri başlayıb
Region09:17