Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hadisə
  • 17 noyabr, 2019
  • 12:15
Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Foto: "Report"

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə zamanı rayonun Qəçrəş kənd sakinləri - 1980-ci il təvəllüdlü Təşəkkür Hacıyev, 2014-cü il təvəllüdlü Zəhra Bəhram qızı Ədilova, 1964-cü il təvəllüdlü Fərizə Mövlud qızı Ədilova və 1991-ci il təvəllüdlü Gülnaz Malik qızı Ədilovamüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 14:23

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Lada Priora" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ-2107" aşıb. İlkin məlumata görə hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.