Quba. 28 dekabr. REPORT.AZ/ Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zaçmanı ölən şəxsin adı məlum olub.
"Report"un Şimal bürosu xəbər verir ki, "VAZ-2107" markalı avtomobil rayon sakini, 1967-ci il təvəllüdlü Nadir Əkbər oğlu Kərimovu vurub.
Faktla bağlı araşdırma aparılır.
***22:48
Quba. 28 dekabr. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Quba şəhəri, H.Əliyev prospektində baş verib.
Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb. Ölən şəxsin kimliyi dəqiqləşdirlir.