Qubada kütləvi zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
- 15 iyul, 2019
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Quba rayonunda baş verən kütləvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Dəlləkli kəndinin sakinləri - 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.
Zəhərlənən şəxslər Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.
Qeyd edək ki, Mavigül Mövlud qızı Ömərova bir neçə il bundan əvvəl Türkiyəyə gəlin köçüb. Bu yay anasının evinə qonaq və evdə onun gəlişi münasibətilə süfrə açılıb. Ehtimal olunur ki, həmin süfrədə hər hansı qidadan zəhərlənmə baş verib.
Faktla bağlı araşdırma aparılır.
*** 11:49
Quba rayonunda kütləvi zəhərlənmə olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəlləkli kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakinləri bir ailənin 5 üzvü zəhərlənmə diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların qidadan zəhərləndiyi güman edilir.
Faktla bağlı araşdırmalara başlanılıb.