Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
26 İyun , 2017 12:05
Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Bakı. 26 iyun. REPORT.AZ/ Ötən gecə Qubada baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb. 

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gecə Quba rayonunun Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi