Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
- 10 sentyabr, 2018
- 16:23
Quba. 10 sentyabr. REPORT.AZ/ Quba rayonunda yol qəzası baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rustov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Daewoo Nexia" və "Renault" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü - Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rustov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
22:00
UEFA Konfrans Liqası: "Tvente" - "Qarabağ" oyunu başlayıb
Futbol21:53
Bessent ABŞ dövlət borcu ilə bağlı məlumatların reallığı əks etdirmədiyini hesab edir
Digər ölkələr21:41
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb
Digər ölkələr21:26
"Yuventus"un futbolçusu Artur Melo karyerasını Türkiyədə davam etdirə bilər
Futbol21:11
ABŞ Qətərə 4,5 milyard dollarlıq hərbi texnika satacaq
Digər ölkələr20:45
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq
Digər ölkələr20:33
"Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb
Komanda20:27
Video
Salyanda avtomobil aşıb, ana ölüb, əkiz oğulları xəsarət alıb
Hadisə20:20