Qubada iki avtomobil toqquşdu, xəsarət alan var

Hadisə
  • 23 aprel, 2020
  • 17:01
Qubada iki avtomobil toqquşdu, xəsarət alan var

Quba rayonunun İkinci Nügədi kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, Birinci Nügədi kənd sakini, 1988-ci il təvəllüdlü Nurlan Xaləddin oğlu Əlihüseynov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı minik avtomobilini yol kənarında dayanan digər "Mercedes"ə çırpıb.

Nəticədə N.Əlihüseynov qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu ilə Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.