Qubada keçmiş məmur özünü asaraq intihar edib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib.
C.Abbasov əvvəllər İcra Hakimiyyətində yüksək post tutub.
Faktla bağlı araşdırma aparılır.