Quba sakininin həyətində adı “Qırmızı kitaba”a düşən ayı aşkarlanıb - VİDEO - YENİLƏNİB

Quba sakininin həyətində adı “Qırmızı kitaba”a düşən ayı aşkarlanıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
26 Fevral , 2019 20:02
Quba sakininin həyətində adı “Qırmızı kitaba”a düşən ayı aşkarlanıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 16:38

Bakı. 26 fevral. REPORT.AZ/ Quba rayonunda fərdi təsərrüfatda ayı saxlayan şəxs aşkarlanıb. 

Bu barədə "Report"un Şimal bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşən və qəfəsdə saxlanılması qanunla qadağan edilən bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfata baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində polis şöbəsi tərəfindən müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi