Qubada çörəyin içindən iynə çıxıb - FOTO

Qubada çörəyin içindən iynə çıxıb - FOTO Rayon sakini çörəyi "Tək ulduz" mağazasından aldığını bildirib
Hadisə
1 İyun , 2016 09:53
Qubada çörəyin içindən iynə çıxıb - FOTO

Quba. 1 iyun. REPORT.AZ/ Quba rayon sakini Laçın Bayramovun aldığı çörəyin içindən iynə çıxıb.

"Report"un şimal bürosunun verdiyi məlumata görə, L.Bayramov çörəyi Qubada "Tək ulduz" mağazasından aldığını bildirib.

"Çörəyi yemək üçün iki yerə böldüm. Böldüyüm hissələrin içərisində iynə olduğunu gördüm", - rayon sakini deyib.

Qeyd edək ki, L.Bayramov Qubanın Digah kəndində yaşayır. 

Son xəbərlər

Orphus sistemi