Qubada avtomobilin vurduğu piyada ölüb
- 08 iyul, 2019
- 04:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubada rayonunda baş verən yol-nəqiliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıhüseynli kəndi yolunda baş verib.
Rayonun Əliməmmədoba kənd sakini, 2001-ci il təvəllüdlü Murad Azad oğlu Babayevi avtomobil vurub.
M.Babayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 07:23
Quba rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər veririr ki, yolu qarşı tərəfə keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini avtomobil vurub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.