Qubada avtomobilin vurduğu azyaşlı hadisə yerində ölüb

Qubada avtomobilin vurduğu azyaşlı hadisə yerində ölüb Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 İyul , 2020 10:10
Qubada avtomobilin vurduğu azyaşlı hadisə yerində ölüb
Report

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 32-33-cü kvartal adlanan ərazisində qeydə alınıb.

Belə ki, Elmar Yaşar oğlu Ağayevin idarə etdiyi avtomobil yolda oynayan azyaşlını vurub.

Sürücü hadisə yerinə təcili tibbi yardım briqadası çağırıb, amma buna baxmayaraq azyaşlı təcili tibbi yardım maşınında keçinib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi