Qubada avtomobil aşıb, azyaşlı ölüb, yaralananlar var - YENİLƏNİB

Qubada avtomobil aşıb, azyaşlı ölüb, yaralananlar var - YENİLƏNİB Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
18 Noyabr , 2019 19:51
Qubada avtomobil aşıb, azyaşlı ölüb, yaralananlar var -  YENİLƏNİB

Qubada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Elnur Qeybəli oğlu Qədirovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə Quba rayonunun Zərdabi qəsəbə sakini, 2018-ci il təvəllüdlü Polad Şaban oğlu Poladov ölüb. Onun nənəsi Vəzifə Buxsay qızı Qədirova və anası Yeganə Əmrulla qızı Poladova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə qonaq getdikləri İspik kəndindən qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.


*** 16:11

Quba rayonunda avtomobil aşıb, azyaşlı ölüb, yaralananlar var.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İspik kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə zamanı yeni doğulmuş körpə ölüb. Körpənin anası və nənəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi