Qubada ağır yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 28 noyabr, 2018
  • 07:08
Qubada ağır yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə zamanı "Lada-Priora" markalı avtomobilin sürcüsü, rayonun Atuc kənd sakini, 1987-ci il təvəllüdlü Ramiz Əliyev və avtomobildə olan sərnişinlər, sürücünün həmyerliləri - 1960-cı il təvəllüdlü Səhər Hacıyeva, 1977-ci il təvəllüdlü Araz Əbdürrəhmanov baş, bel və ayaq nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər 3 yaralının vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı araşdırma aparılır.


***09:21

Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində "MAN" markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik avtomobilinin üstünə çıxıb.

Hadisə nəticəsində "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata görə, biri qadın olmaqla 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə