Quba xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var

Quba xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var.
Hadisə
7 İyun , 2023 11:02
Quba xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var

Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri qəzaya düşüb, ölən var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri işdən çıxıb evə gedərkən onların olduğu nəqliyyat vasitəsi digər avtomobillə toqquşub. Nəticədə mühafizəçilərdən biri Elnur Kəlbiyev dünyasını dəyişib, Sahil İsayevin isə vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi