Quba sakini həmyerlisini qəbristanlıqda döyərək öldürüb - YENİLƏNİB

Quba sakini həmyerlisini qəbristanlıqda döyərək öldürüb - YENİLƏNİB Quba. 18 aprel. REPORT.AZ/ Quba sakini həmyerlisini döyərək öldürüb.
Hadisə
18 Aprel , 2018 11:45
Quba sakini həmyerlisini qəbristanlıqda döyərək öldürüb - YENİLƏNİB

Quba. 18 aprel. REPORT.AZ/ Quba sakini həmyerlisini döyərək öldürüb. 

"Report"un Şimal bürosunun xəbərinə görə, aprelin 17-də rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda qəsəbə sakini, Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva orada ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.


***22:31
Quba. 17 aprel. REPORT.AZ/ Quba rayonunda qadın döyülərək öldürülüb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda baş verib. 
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan qadın həmyerlisi tərəfindən döyülərək öldürülüb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi