Quba İcra Hakimiyyətinin şöbə müdiri bıçaqlanıb

Quba İcra Hakimiyyətinin şöbə müdiri bıçaqlanıb Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
11 Sentyabr , 2017 18:05
Quba İcra Hakimiyyətinin şöbə müdiri bıçaqlanıb

Quba. 11 sentyabr. REPORT.AZ/ Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi