Quba-Bakı yolunda yük maşını qəzaya uğradı
Hadisə
- 01 mart, 2020
- 08:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Quba - Bakı magistral yolunda yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Qaraçay kəndi ərazisində qeydə alınıb.
Belə ki, “60-AC-367” dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkəri partlayıb.
Nəticədə, kənd təsərrüfatı gübrələri ilə yüklənmiş avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:48
Ağ Ev ABŞ-nin süni intellektin inkişafına yanaşmasını dörd ayda müəyyən edəcək
Digər ölkələr06:20
İspaniyanın futbol üzrə yığması rekord sayda məğlubiyyətsizlik seriyasını uzadıb
Futbol05:36
ABŞ-nin dəniz piyadası Yaponiyada qətldə şübhəli bilinərək saxlanılıb
Digər ölkələr05:07
OPEC+ dünya neft bazarındakı vəziyyəti müzakirə edəcək
Digər ölkələr04:52
Madriddə 70 min insan mənzil böhranı əleyhinə aksiyada iştirak edib
Digər ölkələr04:22
NASA "Crew Dragon" kosmik gəmisinin BKS-dən ayrılmasını 7 oktyabra təxirə salıb
Digər ölkələr03:41
Braziliyada ümumi seçkilər keçiriləcək
Digər ölkələr03:12
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
Digər ölkələr02:37