Qohumu Bakı sakininə qarşı 250 min dollarlıq dələduzluq edib

Qohumu Bakı sakininə qarşı 250 min dollarlıq dələduzluq edib “O vaxtdan nə materiallar alınıb, nə də pul qaytarılıb”
Hadisə
20 Fevral , 2017 11:15
Qohumu Bakı sakininə qarşı 250 min dollarlıq dələduzluq edib

Bakı. 20 fevral. REPORT.AZ/ Bakı sakininə qarşı 250 min dollarlıq dələduzluq edilib.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 1955-ci il təvəllüdlü Ə.Həbibov polisə müraciət edərək bildirib ki, 2008-ci ilin may ayında qohumu 1956-cı il təvəllüdlü R.Əliyev İran İslam Respublikasından tikinti materialları gətirmək adı ilə ondan 250 min ABŞ dolları alıb.

“O vaxtdan nə materiallar alınıb, nə də pul qaytarılıb”, - deyə, şikayətçi ərizəsində bildirib.

Son xəbərlər

Orphus sistemi