Qoca Səmədov vəfat edib

Qoca Səmədov vəfat edib Şərti azadlığa buraxılan keçmiş icra başçısı dünyasını dəyişdi.
Hadisə
6 Dekabr , 2023 12:55
Qoca Səmədov vəfat edib
Qoca Səmədov

Bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, o, ötən gün axşam saatlarında evində dünyasını dəyişib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan Q.Səmədov apellyasiya şikayəti vermişdi. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilmişdi. O, həbsdə olduğu müddətdə 4 dəfə ürəyindən əməliyyat edilmişdi. O, bir müddət əvvəl səhhəti ilə əlaqədar şərti azadlığa buraxılmışdı

Son xəbərlər

Orphus sistemi