Bina qəzalı vəziyyətə düşüb, pul ayrılsa da, təmir işləri aparılmayıb

Bina qəzalı vəziyyətə düşüb, pul ayrılsa da, təmir işləri aparılmayıb Kürdəmirdə yaşayış binası qəzalı vəzəyyətdədir. qəzalı vəziyyətdə olan yaşayış binasının “Report”un Yuxarı Şirvan bürosuna müraciət edən sakinlər binanın ciddi şəkildə təmirə ehtiyacı olduğunu bildiriblər.
Hadisə
1011
10 Sentyabr , 2020 14:34
Bina qəzalı vəziyyətə düşüb, pul ayrılsa da, təmir işləri aparılmayıb

Kürdəmirdə yaşayış binası qəzalı vəzəyyətdədir.

“Report”un Yuxarı Şirvan bürosuna müraciət edən sakinlər binanın ciddi şəkildə təmirə ehtiyacı olduğunu bildiriblər.

Sakinlər qeyd edir ki, uzun illərdir qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəli olan binanın təmiri üçün dövlət tərəfindən üçün vəsait ayrılıb: "Təmir işləri binanın müəyyən bir hissəsini əhatə edib, bizim yaşadıəğmız hissə təmir olunmadı. Biz binanın təmir olunmaması ilə bağlı yerli orqanlara müraciət etdik. Məsuliyyəti konkret olaraq heç bir qurum öz üzərinə götürmədi".

Bina ötən əsrin ortalarında inşa edilib və hazırki bərbad vəziyyət 10 ildən çoxdur ki, hökm sürür. Binanın dam örtüyü, demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Binada yaşamaq isə artıq təhlükəyə çevrilib. 

Son xəbərlər

Orphus sistemi