Tovuzda baş verən qəzada avtomobil iki yerə bölünüb: 3 ölü, 1 yaralı - FOTO

Tovuzda baş verən qəzada avtomobil iki yerə bölünüb: 3 ölü, 1 yaralı - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Avqust , 2015 12:58
Tovuzda baş verən qəzada avtomobil iki yerə bölünüb: 3 ölü, 1 yaralı - FOTO

Bakı. 31 avqust. REPORT.AZ/ Tovuz rayonunda ağır yol qəzası baş verib. “Report”un xəbərinə görə, rayonun Xatınlı kəndi ərazisində qeydə alınan hadisə zamanı 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Belə ki, sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra isə “Kamaz” markalı yük maşınının qoşqusuna çırpıb. Zərbənin gücündən dirək qırılaraq yol kənarına aşıb, avtomobil isə iki hissəyə parçalanıb. Qəza zamanı avtomobildə olan 4 nəfərdən 3-ü – sürücü Rəsul Süleymanov, 33 yaşlı Ehtiram Quliyev, 17 yaşlı Murad Əliyev xəstəxanaya çatdırılarkən yolda dünyalarını dəyişiblər. 26 yaşlı İbrahim Əsədov isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi