Şəmkirdə avtomobil aşıb, ölən və yaralanan var - YENİLƏNİB

Şəmkirdə avtomobil aşıb, ölən və yaralanan var - YENİLƏNİB Şəmkir. 20 fevral. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
20 Fevral , 2019 22:23
Şəmkirdə avtomobil aşıb, ölən və yaralanan var - YENİLƏNİB

Şəmkir. 20 fevral. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"unyerli bürosu xəbər verir ki, rayonun Çənlibel kəndi ərazisində baş verən hadisə zamanı avtomobildə olan sərnişin - Ələsgərov Xaliq Nadir oğlu ölüb, avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Abdiyev Vüsal Rasim oğlu isə ağır yaralanıb.

X.Əsgərovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 


*** 21:03

Şəmkir. 20 fevral. REPORT.AZ/ Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çənlibel kəndində qeydə alınıb. 

Belə ki, "VAZ-21010" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Nəticədə sərnişin - 

Son xəbərlər

Orphus sistemi