Lənkəranda qəlyan xidməti göstərən hotel-restorana cərimə yazılıb

Lənkəranda qəlyan xidməti göstərən hotel-restorana cərimə yazılıb Ölkə ərazisində elan edilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Hadisə
115
26 Avqust , 2021 11:51
Lənkəranda qəlyan xidməti göstərən hotel-restorana cərimə yazılıb

Ölkə ərazisində elan edilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran şəhəri ərazisində yerləşən “Mayak” hotel-restoranda və rayonun Şirinsu kəndində yerləşən bir çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi