​Fuad Qəhrəmanlı apellyasiya şikayəti verib

​Fuad Qəhrəmanlı apellyasiya şikayəti verib Şikayət ərizəsi Bakı Apellyasiya Məhkəməsinə bu gün təqdim olunub
Hadisə
9 Dekabr , 2015 15:47
​Fuad Qəhrəmanlı apellyasiya şikayəti verib

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Nəsimi Rayon Məhkəməsinin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxardığı qərardan apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, şikayət ərizəsi Bakı Apellyasiya Məhkəməsinə bu gün təqdim olunub.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi